Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib, iki nəfər öldürülüb.
Əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçirilib.
Belə ki, iyunun 27-də səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib.
FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Bakir Səfərov isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Xəstəxanaya yerləşdirilənlərdən Akif, Ayaz, Kamal, Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir.
Yekaterinburqda yaşayan həmyerlilərimizin verdikləri məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.
Hazırda iki nəfər vəziyyəti ağır olduğu üçün xəstəxanada saxlanılır, digər 9 nəfər isə polisdədir. Saxlanılanlar hamısı Rusiya vətəndaşı olan azərbaycanlılardır.
Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri- Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərovun isə Rusiya vətəndaşıdır. Səfərov qardaşlarının cənazələrinin bu gün ailələrinə təhvil veriləcəyi bildirilir.
Rusiyanın e1.ru saytı saxlanılanların 50 nəfərdən çox olduğunu yazıb.
Məlumata görə, saxlanılanlar Lenin küçəsi 17 üvanında yerləşən polis idarərinə aparılıblar.
"Onlar tutub aparırlar. Bəziləri çağırılanda özləri gəlib, bəziləri isə gizlənir. Deyirlər, qatili axtarırlar. Baş idarədən bir dəstə polis, İstintaq Komitəsinin müstəntiqləri gəlib", - şahidlərdən biri E1.RU-ya bildirib.
Rusiyanın rəsmi orqanları hələlik hadisə barədə açıqlama verməyib.
Əslən Ağdam rayonundan olan Səfərov qardaşları restoran biznesi ilə məşğul olublar. Yekaterinburqda yerləşən “Kaspi” restoranı onlara məxsus olub. Rəsmi təsdiqlənməyən məlumata görə, Səfərovlar ailəsinə qarşı əməliyyat keçirilməsinə səbəb 2001-ci ildə Ağdam rayonundan olan Yunis adlı şəxsin qətl hadisəsi olub.
Məsələ ilə bağlı Azərbaycan tərəf də mövqey nümayiş etdirib. Rusiya tərəfindən məsələni hüquq çərçivəsində araşdırılmasını istəyib.
OMON dəstələri Seyfəddin Hüseynlinin qardaşlarını öldürdü - çox sayda azərbaycanlılar saxlanılıb