Müharibənin gərgin fazaya qədəm qoyması haqqında mətbuatın geniş təhlilləri durmadan artır. Bu gecə Amerikanın İranın üç atom obyektlərinə zərbə endirməsi məlum ehtimallardandır.
Dünya təhlilçilərinin bundan sonra hansı nəticələrin olacağına dair proqnozları müxtəlif olsa da, daha çox ehtimallar budur ki, Amerika İranın atom obyektlərinə zərbə endiribsə sonrakı mərhələdə müharibənin davam etdirilməsinə heç bir əsas yoxdur. Hətta Trampın özü belə bu rakursdan çıxış edərək növbənin sülhə çatdığını bildirib.
Əlbəttə, hadisələrin daha sərt, yoxsa yumşaq müstəviyə keçəcəyi haqqında fikirlər növbəti saat və günlərdə atılacaq addımlara bağlı olduğu üçün zamanı izləməyə ehtiyac mütləqdir. Lakin bu Amerikanın müharibəyə tərəf olaraq dəstək verdiyi barəsində mütləq baxış bucağı yaradır.
Həqiqətən də üç atom obyektləri bu qədər rahatlıqla, bir neçə saat ərzində sıradan çıxarıla bilərdisə niyə bunu elə ilk gün ABŞ icra edərək bu qədər dağıntı və uçurumlara yol açan müharibəyə rəvac vermiş oldu? İlk gündə elə bu gecə atılan addım icra edilərək sülh çağırışı verilə bilməzdimi?
Bu sualın cavabı elə sualın özündə aydın görünür. İsrail İrana hücuma başlayan andan anladı ki, İran onun iddia etdiyi kimi zəif dövlət deyil. İki günə İranın “dizini yerə qoyacağını” iddia edən İsrail günlər uzanınca təkcə bu məsələdə acizliyi deyil, eyni halda İranın hədəfində olaraq ölkəsinin dağıntılara məruz qalmasından sarsıldı. Bu zərbələr təkcə İsrailin daxilində narazılıqla yekunlaşmadı, eyni halda Sionist İsrailin dünyaya təqdim etdiyi qüdrət anlayışını da darmadağın etdi.
Nəticə isə bəllidir. İsrail İran ərazilərini intensiv atəşə tutsa da nəinki atom obyektlərini sıradan çıxara bilmədi, əvəzinə İsraili cəhənnəmə çevirən bir vəziyyətlə baş-başa qaldı. Bu şəraitin uzanması illərdir İranın israrla İsrailin məhv ediləcəyi planına doğru böyük irəliləyişi vəd etdiyi üçün İsrail növbəti dəfə böyük qardaşına üz tutmaq məcburiyyətində qaldı.
İranda məqsədlərinin əksi ilə üzləşən İsrail üçün yeganə dəstək yenə Amerika oldu.
Təbii, proksi qüvvələrinə dəstək fonunda Amerikanın bu addımı gözlənilən idi. Şübhəsiz İran bu məsələdə İsrailin bombalanmasını bu gecə də dayandırmadı. Rəsmi məlumatlara görə İran 12 barestik raketlə İsraili hədəfləməyə davam edir.
Növbəti mərhələdə gözlənilən, İsrail daha çox dağıntılara məruz qalmamaq üçün beynəlxalq aləmin sülh təklifini masaya qoymasıdır. Bu indiki vəziyyətdə Amerikanın öz proksi qüvvəsi olan İsraili tam məhvdən qorumaq üçün yeganə çıxış yoludur ki, bunu da o beynəlxalq aləmin ciddi təkidi ilə icra edəcəyi şübhəsizdir.
İsraili xilas edən növbəti Amerika dəstəyi