Həbsdə olan ictimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin görmə qabiliyyətini itirə biləcəyi deyilir.
Bu barədə iyunun 22-də Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.
Komitə bildirib ki, fəalı təcridxanada müayinə edən həkim onun “gözünü itirmək riski ilə üzləşdiyini” bildirib. Həkimin sözlərinə görə, vəziyyətin daha da pisləşməməsi üçün Məmmədlinin immuniteti güclü qalmalıdır.
“Bu məqsədlə o, hazırda yüksək kalorili yeməklərlə qidalanır və vitaminlər qəbul edir”, - bəyanatda deyilir.
Komitə həm də bildirir ki, Məmmədli mayın 6-da polis tərəfindən saxlanılan zaman işgəncəyə məruz qalıb və aldığı ağır zərbələr nəticəsində onun gözündə ciddi zədə yaranıb:
“Artıq bir ayı keçməsinə baxmayaraq, həmin göz hələ də bulanıq görür. Həmçinin, işgəncə nəticəsində immuniteti çox zəifləyib”.
Komitə xatırladır ki, bir neçə il öncə Məmmədli gözlərindən 2 dəfə əməliyyat keçirib və o, genetik astma xəstəliyindən əziyyət çəkir.
“Həmçinin, Əhməd Məmmədli astma xəstəsi olduğu üçün həbsdə nəfəs almaqda çətinlik yaşayır. Astması üçün həkimin yazdığı dərmanları qəbul edir. Həbsxana şəraiti Əhməd Məmmədlinin səhhəti üçün uyğun deyil, onun tez zamanda ev dustaqlığına buraxılmasını tələb edirik!”, - Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi bildirib.
Əhməd Məmmədli mayın 6-da saxlanılıb və mayın 8-də barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur.
Özü ittihamı rədd edir və keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.
“Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin görmə qabiliyyətini itirə biləcəyi deyilir