Niyaməddin Əhmədovun hüquqları yenə pozulur

12 saylı CÇM-də cəza çəkən AXCP üzvü Niyameddin Əhmədov hüquqlarının pozulduğunu bildirir. Niyaməddin Əhmədov onun qanunla haqqı olan görüntülü telefon danışığı ilə təmin olunmadığını bildirir. Valideynləri Tovuz rayonunda yaşayan Niyaməddin Əhmədov haqqının təmin olunmasını tələb edir. O bildirir ki, məni görmək üçün valideynlərim hər dəfə 500 km yol qət edirlər. Bundan savayı vəkil onun üçün Penitensiar Xidmətin daxili rejim qaydaları kitabını aparsa da, kitabı içəri buraxmayıblar. Niyaməddin Əhmədov bildirir ki, bütün bu işlərin başında rəis Babək İsgəndərov dayanır.

 

Azadlıq Qəzeti