Nazirlər Kabinetinin yeni tərkibində Fikrət Məmmədov və Mübariz Qurbanlı yoxdur

Prezident İlham Əliyev fevralın 16-da Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

Yeni tərkibin üzvləri elə əvvəlki siamlardır. Amma bəzi əskiklər var. Məsələn, ədliyyə naziri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifələrini tutanlar orada yer almırlar.

Ədliyyə naziri təyin olunanadək həmin vəzifənin icrası müavin Azər Cəfərova həvalə edilib. Bu postu 2000-ci ildən Fikrət Məmmədov tuturdu.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin müvəqqəti icrası isə birinci müavin Səyyad Salahlıya tapşırılıb. Bu postu 10 il idi Mübariz Qurbanlı tuturdu.

Əli Əsədov baş nazir postunda qaldı

Milli Məclisin bu gün, fevralın 16-da keçirilən iclasında Əli Əsədovun yenidən baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.

Prezident İlham Əliyev bu vəzifəyə yenidən onun namizədliyini irəli sürüb.

Ə.Əsədovun namizədliyinin irəli sürülməsini spiker Sahibə Qafarova elan edib.

Milli Məclis prezidentin təqdimatına əsasən Ə.Əsədovun baş nazir təyin edilməsinə razılıq verib.

Ə.Əsədov 2019-cu ildən bu postu tutur. Ölkəyə 21 ildir rəhbərlik edən İ.Əliyev fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisində qalib sayıldıqdan sonra o, konstitusiyaya uyğun olaraq istefa vermişdi.

 

Azadlıq Radiosu