Mükəmməl siyasət və dəqiq hədəf

İranın bu gecə İsrailə ünvanlı dron hücumları müzakirələrə mövzu olarkən ortaya maraqlı yanaşlamar çıxmaqda davam edir. Yazılar içində İranın Suriyadakı konsulluğunda vətəndaşlarının “məhv edildiyini” yazan siyasilərin bu yazılarında narahatlığı, aqressiya ilə yanaşı nifrəti sətirlərində aydın görmək olur. Hansı ki, bir çoxlarının öz sahələrində, şəxsi həyatlarından siyasi karyeralarına qədər baryer rolunu oynamaqdan başqa uğur qazanmamaları, bəzilərinin dünən mədh etdiklərini bu gün satqın adlandırmaqları özü ayrı bir mövzudur ki, sabah hansı düşüncəyə gələ biləcəklərinə böyük sual işarəsi qoyur.

Lakin mövzunun İran üzərində fokslanması bu fikirlərdən ötərək gecə baş verən dron hücumuna bir də onların ağız büzdüyü və ya görmək istəmədiyi, bəlkədə gizləmək istədiyi tərəflərdən yanaşmaq tələb edir.

Artıq günlərdir ki, dünya mətbuatı İranın hədəsinin böyük fırtına təsirindən durmadan yazır. Demək birmənalıdır ki, hər kəs İranın qüdrətini, güclü ordu və böyük hegemon dövlətlərlə qarşı-qarşıya durmaq iradəsini anlayır. Bu, “mənə bir söz deməyin, qardaşım gözünü çıxarar” kimi dövlətlərin özünəinamsızlığını siyasilərinə də aşılayan bir söz deyil. Bu, öz bayrağına, öz ordusuna, öz siyasi gücünə inamın nümunəsi olaraq atılan addımdır.

Bunu İsrailin 26 ölkədə səfirliklərinin qapanması da göstərirdi ki, qorxu bizim üçün qüdrətli və mifik görünən İsraili də yetərli qorxuya sala bilib.

Digər məsələ isə İranın qarşı tərəfə, onlarca güclü dəstəkçisi olan bir dövlətə öz ərazisindən hücum etməklə, dron yağışı yağdırması ilə müharibə elanıdır ki, o, bununla neçə neçə dövlətlərin icazəsi və yanında olması vədəsi kimi zəiflik nümunəsi yaşamadığını aydın sərgiləyir.

Lakin burada çox incə, lətif bir yanaşma diqqətdən yayınmamalıdır.

Dünyanın gözü İsrailin qaniçən rejim, uşaq qatili tanıdığı və sürətlə reytinqini itirdiyi bir zamanda onunla açıq müharibə apararaq Qərb mediasında sionizmin müharibə itkiləri ilə onu mələkə çevirmək, İsraili xilas etməklə yanaşı fələstinlilərə xəyanət olacağını anlayan İran buna əsla getməzdi və İsrailə belə bir şans verməzdidə. Bu isə bir çoxlarını narahat edən əsas səbəblər sırasında öndədir.

Yalnız atılan raketin dəqiq hədəfə dəyməsi İsrail kimi digər mütəffiqlərin də düşünmə imkanı olacaq ki, bu isə öz növbəsinə cavab atəşinin gerçəkləşməməsinə gətirib çıxaracağı şübhəsizdir. 

İsrailin səfirliyi vurmaqla Qəzza cəhənnəmindən çıxmağa hesablanan və Fələstin ərazisinin işğalını davam etdirmək üçün İrana açdığı cəbhəyə ABŞ da daxil Qərb və bəzi ərəb ölkələrinin qoşulacağı sevdası isə İranın mükəmməl siyasəti və dəqiq hədəfə vurması ilə suya düşdü.

İsrail Qəzzadan qətliamın əleyhinə olaraq, ordusunu geri çəkilən bir durumda, vətəndaşları HƏMAS girovluğunda olan vəziyyətdə pərişandır. Təbii olaraq bu hal onda İranla savaş yaradaraq həyatında çox şeyi dəyişərdi, əgər...

 

 

 - Təhlil_Tənqid_tv