Mərkəzi Bank Azərbaycandakı İran bankının bağlanma ehtimalına aydınlıq gətirib

Azərbaycanda İran Milli Bankının bağlanma ehtimalı ilə bağlı məsələyə aydınlıq gətirilib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən İran bankının ( Bank Melli İranın Bakı Filialı) bağlanması ilə bağlı AMB-yə hər hansı müraciət daxil olmayıb.

O bildirib ki, bank tərəfindən müraciət edilərsə, onun müraciətinə baxıla bilər.