On minlərlə Netanyahu əleyhdarı yenə küçələrə axışıb: "Günahkarsan!"

Təl-Əvivdə minlərlə nümayişçi Müdafiə Nazirliyinin qarşısına toplaşıb. Ərazidə qurulan səhnədə keçmiş siyasətçilər və məhbusların yaxınları çıxış ediblər.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, nümayişçilər baş nazir Binyamin Netanyahunu və onun hökumətindəki siyasətçiləri tənqid edən plakatlar və pankartlar qaldırıblar.

Sionist İsrail polisi nümayişçilərin Kaplan küçəsinin yerləşdiyi meydanda dəmir baryerlərlə yolu bağlamasının qarşısını almaq üçün tədbir görüb.

Nümayişçilər tez-tez Netanyahuya xitabən “Məsuliyyət sənindir, günahkarsan”, “Hamı bilir ki, sən günahkarsan”, “Seçkilər” şüarları səsləndiriblər.

Yüzlərlə nümayişçi polisin Kaplan küçəsində qurduğu dəmir baryerləri keçərək yollara yürüş edib.

Nümayişçilər uzun müddət şəhərin əsas küçələrində nəqliyyatın hərəkətini dayandırıblar. İsrail polisi nümayişçiləri yoldan çıxarmaq istəyərkən güc tətbiq edib. Tərəflər arasında dava düşüb.

Bir qrup Təl-Əvivin əsas arteriyası olan Ayalon şossesinə çatmağa çalışıb. İsrail polisi yol kənarındakı ziyafətdə nümayişçiləri dayandırıb və tərəflər arasında dava düşüb.

Fevralın 28-də Qəzza sərhədindən Qüdsə doğru başlayan yürüş zamanı israilli məhbusların yaxınları axşam saatlarında Qərbi Qüdsə çatıb.

İsrail mediasının məlumatına görə, yürüşün Qərbi Qüdsə çatan son hissəsində təxminən 15 min nümayişçi iştirak edib.

Nümayişçilər hökumətdən Qəzzada dərhal atəşkəs və tərəflər arasında qarşılıqlı məhbus mübadiləsi razılaşması tələb ediblər.

İsrailin şimalındakı Qeysəriyyədə Netanyahunun şəxsi iqamətgahı qarşısında da nümayiş keçirilib.