Məhkəmə Ceyhun Balaşov barəsində 4 il ev dustaqlığı qərarını seçib

Fevralın 15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində beyin şişi xəstəliyindən əziyyət çəkən MBH üzvü Ceyhun Balaşovun son məhkəmə iclası keçirilib. Hakim Nahid Hüseynovun sədrliyi ilə keçən iclasda ittiham aktında əks edilən maddə, şahidlərin ifadələri və eyni halda vəkil Rəsul Cəfərovun təqdim etdiyi dəlillər bir daha araşdırılıb. Bütün qeyd olunanlar incələndikdən sonra hakim ittihama uyğun yetərli dəlil sübutların olmaması səbəbindən maddəni 234.4.3-dən (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edib. Ardınca Ceyhun Balaşovun səhhətindəki problemləri nəzərə alaraq, müttəhimə 63-cü maddəni (Ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulması) də əlavə edərək Ceyhun Balaşovu 4 il müddətinə azadlıqdan məhrum edib. 63-cü maddəyə əsasən C. Balaşovun həbsi ev dustaqlığı ilə əvəzlənəcək və o, həbs dövrü bitənədək ayağında elektron nəzarət qolbağı gəzdirəcək.
Xatırladaq ki, C.Balaşov 2023-cü il fevralın 2-də Beyləqan polisi tərəfindən saxlanılıb və barəsində narkotliklərlə bağlı cinayət işi başlanılıb. İyulun 11-də virtual məhkəmə iclasından sonra 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan C.Balaşovun səhhətində ciddi problemlər yaranıb və o, iyunun 14-də vəziyyətinin ağırlaşması səbəbindən Pentensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb. Mərkəzdə olduğu zaman Balaşov, istintaq təcridxanasında dəhşətli işgəncələrə məruz qalma səbəbindən vəziyyəti ağırlaşıb. Sonrakı dövrlərdə bir çox müalicələrə baxmayaraq səhhətində hər hansı bir irəliləyişə nail olunmayıb. Bu səbəbdən Lənkəran Ağır Cinayətlər Məhkəməsi avqustun 23-də C.Balaşovun vəziyyətinə görə onun polis nəzarətinə verilməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülərək müalicəsini orada davam edib. Bir müddət xəstəxanadan süni nəfəs aparatına qoşulmuş vəziyyətdə qalaraq zəruri tibbi yardımlar alan Ceyhun sonradan amblator müalicə üçün evə buraxılıb. Lakin bununla belə o, bu gün də səhhəti ilə bağlı problemlər yaşamaqdadır. Hətta sərbəst yeriyə bilməyən inanclı məhkəməyə belə çəliklə, ailəsinin yardımı ilə gəlib.