MBH Bəxtiyar Hacıyevə dəstək nümayiş etdirdi

Hüququn aliliyinə, məhkəmənin ədalətinə ümidin itdiyi Azərbaycan reallığında öz haqlı səsini aclıq keçirməklə çatdırmğa çalışan, əzilən kütləyə edilən zülm sərhədsizdir. Bunun yeganə sadə izahı artıq üz tutacağı heç bir ünvan tanımayan vətəndaşın ona qarşı edilən haqsızlığına canını ölüm hərracına çıxarmaqla etiraz etməsidir. İllərdir Qərbdən Şərqə Azərbaycandakı özbaşnalıqlara haqq fəryadını ünvanlayan vətəndaşımızın daxildən günclə, xaricdən rüşvətlə boğulan səsinə o, yalnız mövcud aclıq aksiyası keçirməklə diqqət yönətmək, onu həqiqətə istiqamətləndirməyə çalışır. Bu günlər siyasi fəal Bəxtiyar Hacıyevin keçirdiyi aclıq aksiyası və ona dəstək verən dostların aksiyaya qoşulması Azərbaycan hüquq sistemindəki özbaşnalıqlara növbəti etirazdır. Bəxtiyar Hacıyev ona ünvanlanan yalançı iddihamlarla həbsinə etiraza baxmayaraq məhbəsə atılması ona aclıq edərək etirazdan başqa yol buraxmır.
Biz Müsəlman Birliyi Hərəkatı olaraq ölkədə qanunsuz həbslərə, saxta iddihamlara, bu kimi qurama oyunlara etirazımızı bildirir, Bəxtiyar Hacıyev başda olmaqla bütün günahsız məhbusların azadlığını tələb edirik.

 

Müsəlman Birliyi Hərəkatının İdarə Heyəti