Keçmiş “Nardaran məhbusu” 6 il müddətinə azadlıqdan məhrum edildi

Martın 6-da keçmiş “Nardaran işi” üzrə həbs olunan inanclı, siyasi məhbus Seymur Aslanovun məhkəmə prossesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Seymur barəsində CM-nin 234.4.3 (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb. Hakim Faiq Qəniyev şahidlərin dindirilməsindən sonra son qərarı elan edib. O, dövlət ittihamçısının Seymur Aslanov barəsində 10 il 6 ay müddətinə istədiyi cəzanı müdafiə tərəfin yumuşaldıcı hal olaraq qaldırdığı vəsatətlərə əsaslanaraq onu 6 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Seymur Aslanov 2023-cü ilin 10 oktyabr tarixində saxlanılıb. O, şiə inanclılarının kütləvi şəkildə narkotik ittihamı ilə şərlənərək həbs edilməsi çərçivəsində tutulub. Bundan öncə Seymur 2015-ci il Nardaran hadisələri zamanı da saxlanılmışdı. O, şərti olaraq “Nardaran işi-2” qrupunda yer almışdı. 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilən inanclı 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa çıxmışdı.