İsveç hökuməti Quranı yandıran Momikanı deportasiya edəcək

İsveç İmmiqrasiya Məhkəməsi Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikanın yaşayış vizasının müddəti bitdikdən sonra deportasiya qərarı qəbul edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İsveç dövlət radiosu SR İmmiqrasiya Məhkəməsinin Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikaya qarşı İmmiqrasiya İdarəsinin verdiyi deportasiya qərarını təsdiqlədiyini bildirib.

Məhkəmə Momikanın yaşayış icazəsi ərizəsi ilə bağlı yalan məlumat verdiyini və buna görə deportasiya qərarı verildiyini açıqlayıb.

İmmiqrasiya İdarəsi 2023-cü ilin oktyabrında Momikanın 16 aprel 2024-cü ilə qədər işləmək və yaşamaq icazəsinin olduğunu və bu tarixdən sonra deportasiya ediləcəyini açıqlamışdı.

Momika qərardan apellyasiya şikayəti verib və işi İmmiqrasiya Məhkəməsinə aparıb.