İsrail soyqırım törətməkdə davam edir

Qısa bir zaman kəsiyində HƏMAS-ı məhv edəcəyini söyləyən İsrai öz iddialarını doğrulda bilmədiyi üçün nifrətini dinc əhali, azyaşı uşaqlar, qadınlardan çıxmağa davam edir. Bu günə qədər HƏMAS-ın İsrail qüvvələrinə qarşı mübarizə aparması birmənalı İsrailin HƏMAS-ı məğlub edəcəyi barədə səsləndirdiyi fikirlərinin iflasına bariz nümunədir. İsrail qarşı tərəf üzərində əldə edə bilmədiyi qələbənin acısını xəstəxanalar, qaçqın düşərgələri, təcili yardım maşınlarını vurmaqla söndürməyə çalışır. Dünənə qədər bu ərazilərdə dinc sakinləri öldürən qaniçən rejimin iddiası bu idi ki, qeyd olunan nöqtələrdə HƏMAS tərəfdarları onlara atəş açdığı üçün o, adekvat cavab verir. Lakin son günlər Misirin Rəfah keçid məntəqəsində heç bir insident yaşanmadan İsrailin burada toplanan köçkün əhalini atəşə tutması onu göstərir ki, sionizm vəhşiliyi bir xalqın soyqırım cinayətini törətməyi qarşısına məqsəd qoyub. Bütün dünya ölkələrinin aparid rejimi bundan çəkirdirməsinə baxmayaraq İsrail dinc əhalini qətliam etməyə davam edir. 

Bu gün bəlli bir vəhşiliyin son həddini yaşayan fələstinli öz torpaqlarından didərgindir. Onun sığındığı Rəfahdan Misir tərəfin sərhəd qapıları bağlı, onu bu nöqtəyə sıxan İsrail isə canlarını almağa israrlıdır. Dünyadan ona qarşı hansısa təhlükənin olmayacağına əmin olduğu halda sionist öz xislətində sərhədə qısılan fələstinlilərə qarşı soyqırım cinayətini davam etdirir. 

Davamlı sionizm cinayətlərinə etirazımızı bildirmiş və bir daha vəhşi irtica siyasət üzərində qurulmuş İsrail siyasətini məhkum edirik.

 

Müsəlman Birliyi Hərəkatı.