"İsrailə silah verən ABŞ-ın Qəzzaya yardım göndərməsi gülüncdür"

Fələstin İslami Cihad Hərəkatının baş katibinin müavini Məhəmməd əl-Hindi deyib: “Hazırda aparılan danışıqlar Amerika administrasiyası ilə İsrail hökuməti arasında danışıqlardır və müqavimətlə real danışıqlar aparılmır”.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Muhəmməd əl-Hindi bu açıqlamaları verib:

“Atəşkəs razılaşması reallaşsa belə, xüsusilə Rəfah əleyhinə müharibə dayanmayacaq.

Günahsız insanları öldürmək üçün İsrailə silah verən Amerikanın təyyarələrlə yardım qırıntıları göndərməsi ironikdir.

Ərəb rejimləri passiv olduqlarını və müqaviməti öz maraqlarına təhlükə hesab etdiklərini sübut etdilər.

Biz ərəbləri İsraillə necə davranırlarsa, bizə də elə rəftar etməyə çağırırıq.

Xalqımızı 150 gün yerin üstündə və altında qoruyan müqavimətdir.

Qərbin geniş dəstəyinə baxmayaraq, sionist rejim hələ də öz məhbuslarını xilas edə bilməyib".