İsrail parlamenti Fələstinin tanınmasını rədd edən qətnaməni təsdiqləyib

İsrail parlamenti Fələstin dövlətinin birtərəfli tanınmasını rədd edən qətnaməni təsdiqləyib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə yerli KAN radiosu məlumat yayıb.

Məlumata əsasən, Knesset (İsrail parlamenti) ölkənin Nazirlər Kabinetinin Fələstin dövlətinin yaradılmasını və birtərəfli tanınmasını rədd edən qərarını təsdiqləyib. Sənədi 120 yerlik parlamentin 99 deputatı dəstəkləyib.