İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Azay Quliyevin fəaliyyətinin araşdırılmasını tələb edir

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin sədri Azay Quliyevin fəaliyyətinin araşdırılmasını tələb edir.
Təşkilat bildirir ki, son günlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində baş verən korrupsiya halları ilə bağlı etirazlar səngimir.
"Heç kimin şübhəsi olmasın ki, nə qədər Azay Quliyev kimi korrupsionerlər o agentliyin başında olacaqlar, o vaxta kimi də orada korrupsiya halları səngiməyəcək", - deyə təşkilat rəsmi səhifəsində bildirib.
Təşkilat ölkənin Baş Prokurorluğuna da müraciət edib.
Bildirib ki, Baş Prokurorluq Agentlikdə korrupsiya halları ilə bağlı mütləq araşdırmalara başlamalıdır.
İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi sədri Fikrət Cəfərli "Arqument.az"a belə bir çağırış etdiklərini təsdiqləyib.