“İraq torpaqlarından qonşu ölkələrə hücum etmək üçün istifadə edilməsinə icazə verməyəcəyik”

İraqın baş naziri vurğulayıb ki, onun hökuməti bu ölkənin ərazisindən qonşu ölkələrə qarşı hücumlara hazırlıq üçün istifadə edilməsinə icazə verməyəcək.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşündə deyib:

“Təhlükəsizlik və sabitlik İraq hökumətinin iki ən mühüm prioritetidir.

İraq heç bir ad altında heç bir partiya və ya təşkilatın təhlükəsizliyi manipulyasiya etməsinə və ya İraq ərazisindən qonşu ölkələrə hücumlar üçün başlanğıc nöqtəsi kimi istifadə etməsinə icazə verməyəcək”.

Əl Sudani iki dost ölkənin maraqlarına uyğun ortaq rəftarların mənimsənilməsi üçün müxtəlif regional məsələlərdə İraq və Türkiyə arasında koordinasiyanın vacibliyi və zəruriliyinə də diqqət çəkib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da İraq hökumətinin terrorla mübarizədəki səylərini yüksək qiymətləndirib. O, Türkiyənin müxtəlif sahələrdə İraqa dəstək vermək istədiyini və buna hazır olduğunu da bəyan edib.