İranın birinci vitse-prezidenti Məhəmməd Muxbir və Suriyanın baş naziri Hüseyn Arnus Tehranda 6 saziş imzalayıblar.
Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Suriyanın baş naziri Hüseyn Arnus İranın birinci vitse-prezidenti Məhəmməd Muhbirin dəvəti ilə Tehranda təmaslarına başlayıb.
Arnus Məhəmməd Muhbirin ev sahibliyi etdiyi İran-Suriya İqtisadi Əməkdaşlıq üzrə Birgə Ali Komitəsinin 15-ci iclasında iştirak edib.
Görüş zamanı turizm, muzeylər, media və kitabxanalar, xüsusilə də azad ticarət sazişi kimi sahələrdə 6 anlaşma memorandumu imzalanıb.
Tehrandakı təmasları çərçivəsində Arnusun İran prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanla görüşləri gözlənilir.
İran və Suriya arasında azad ticarət sazişi imzalanıb