İran Parlamentinin Təbriz üzrə deputatı: Səfirliyə hücum edən cinayətkar dərhal mühakimə edilməlidir

“Təəssüf ki, səfirlik əməkdaşının ölümü ilə nəticələnən Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə baş vermiş xoşagəlməz hadisəni və silahlı hücumu qətiyyətlə pisləyirik. Azərbaycan səfirliyindəki cinayətin səbəbkarı dərhal mühakimə edilməlidir”

Operativtv.com SalamNews-ə istinadən xəbər verir ki, bunu İran Parlamentinin Təbriz üzrə nümayəndəsi höccətül-islam Seyid Məhəmməd-Rza Mirtacuddini deyib.

O, ötən gün Tehranda Azərbaycan Respublikası səfirliyinə edilən silahlı hücuma münasibət bildirərək, cinayəti törədən şəxsin dərhal mühakimə edilməsini istəyib.

“İran İslam Respublikası və Azərbaycan Respublikasının iki qardaş və müsəlman xalqının narahatlığına səbəb olan bu xoşagəlməz hadisəyə görə başsağlığı veririk. Ölkənin təhlükəsizlik və məhkəmə orqanlarından məsələnin təcili araşdırılmasını, hücum edənin məqsədlərinin və detalların dəqiqləşdirib ictimaiyyətin məlumatlandırmalarını xahiş edirik”, deyə o əlavə edib.