İran İsrailin “Qadınların Vəziyyəti” komissiyasının iclasından çıxarılmasını tələb edəcək

BMT-nin Qadınların Vəziyyəti komissiyasının iclasında iştirak etmək üçün Nyu Yorka gedən İran prezidentinin qadın və ailə məsələləri üzrə müavini Ənsiyə Xəzali "İsrailin bu iclasdan çıxarılmasını tələb edəcəm" deyib.

İran prezidentinin qadın və ailə məsələləri üzrə müavini Ənsiyə Xəzali BMT-nin Qadınların Vəziyyəti komissiyasının iclasında iştirak etmək üçün Nyu-Yorka gedib. Xəzali İsrailin bu görüşdən çıxarılmasını xahiş edəcəyini bildirib.

Xəzali həmçinin, “Ümid edirik ki, Qəzza zolağında vəziyyətin pisləşməsindən sonra ölkələr qadınlar sahəsində “İsrail işğalçı rejimi”ni pisləmək üçün ittifaqa gələcəklər” söyləyib.

Nyu-Yorka səfəri zamanı Xəzali Livanın Milli Qadın Komissiyasının prezidenti, Səudiyyə Ərəbistanının Ailə Məsələləri Şurasının baş katibi, Finlandiyanın sosial təminat naziri, Qətərin ailə, sosial inkişaf naziri, Türkiyənin ailə və sosial xidmətlər naziri, Ermənistan parlamentinin sədri, Özbəkistan parlamentinin sədri və Liviyanın Qadın İşləri Naziri ilə görüşəcək.