İlin iqtisadi yekunları: 2022- Bahalaşma ili

İqtisadçıların fikrincə, başa çatmaqda olan 2022-ci il istər Azərbaycanda, istərsə də dünyada qiymət artımlarının kəskinləşməsi ilə yadda qalacaq.

Koronavirus pandemiyası səbəbindən təchizat zəncirinin pozulması, Rusiya-Ukrayna müharibəsi və iqlim dəyişikliklərinin ortaya çıxardığı problemlər qiymətlərə də təsirsiz ötüşməyib. İqtisadçı Rəşad Həsənov deyir ki, bu il Azərbaycanda son onilliklərin ən yüksək inflyasiya göstəriciləri qeydə alınıb.

Azərbaycanda inflyasiya bu gün üçün əhalinin yoxsullaşması istiqamətində ciddi təzyiqlər formalaşdırır və görünən ondan ibarətdir ki, hökumət bu istiqamətdə hər hansısa bir ciddi, əhatəli, qısa müddətli dövrdə təsirləri aradan qaldıracaq həllər üzərində işləmir. Fevralda ölkədə antiinflyasiya tədbirləri ilə bağlı hökumətə tapşırıq verildi, fərman imzalandı. Amma bu fərmanla gözlə görünə bilinən nəsə yoxdur.

 

ToplumTV