Hizbullah: Golani qüvvələrini hədəf aldıq

Livanın Hizbullah hərəkatı Qəzza zolağında Fələstin xalqına dəstək məqsədilə sərhədin o tayındakı düşmən qüvvələrinin hədəf alındığını açıqlayıb.

 Hizbullah bu gün bəyanat yayaraq, Livan sərhədi yaxınlığında Golani Briqadası qüvvələrini hədəf alan partlayışa görə məsuliyyəti öz üzərinə götürərək, bu əməliyyatın Fələstin xalqına və Qəzza zolağında müqavimətinə dəstək məqsədilə həyata keçirildiyini bildirib.

Near East News-a görə, bəyanatda bu ifadələr yer alıb:

"İslam müqavimət döyüşçüləri düşmən qüvvələrinin hərəkətlərini müşahidə etdikdən və dəqiq proqnozlaşdırdıqdan sonra Livan ərazisində, işğal olunmuş Fələstinlə sərhədə yaxın Tel İsmayıl bölgəsində partlayıcı maddələr yerləşdiriblər. Sərhədi keçdikdən sonra Qolani Briqadası qüvvələri partlayış yerinə gəlib və bu qüvvələr keçərkən partlayıcılar partlayıb, çoxlu sayda insan ölüb və yaralanıb."

Sionist İsrail mediası da bu səhər Livan sərhədi yaxınlığında "şübhəli təhlükəsizlik insidentinin" olduğunu bildirib.

Xəbərin dərcindən bir neçə dəqiqə sonra İsrail ordusu Livan sərhəd xətti yaxınlığında rejimin Qolani Briqadasının piyada birliklərinin patrul xidməti zamanı minanın partladığını və 1-i ağır olmaqla 4 İsrail əsgərinin yaralandığını açıqlayıb.

 

 

Az.rasthaber.com