Google və İsrailin məkrli layihəsi Nimbus-a reaksiyalar artır

Soyqırım edən İsrailin soyqırımlarında istifadə etdiyi Nimbus adlı qabaqcıl süni intellekt texnologiyası diqqəti cəlb etməyə başlayıb. Layihənin memarları olan Google və Amazona reaksiyalar getdikcə artır.

“The Washington Post”un yazdığına görə, Google işçiləri şirkətin qabaqcıl süni intellekt texnologiyalarının İsrailə çatdırılmasını ehtiva edən “Project Nimbus” müqaviləsinə etiraz etmək üçün Nyu York və Kaliforniyanın Sunniveyl şəhərlərindəki ofislərə gediblər. İşçilər saatlarla ofisdə oturaq etiraz aksiyası keçirərək, “Google, gizlədə bilməzsən”, “Səni soyqırımda ittiham edirik”, “Sən soyqırımı maliyyələşdirirsən” kimi şüarlar səsləndirib və 1,2 milyard dollar dəyərində müqavilədən Google geri çəkilməyincə etirazlarını davam etdirəcəklərini bildiriblər.

Xəbərdarlıq edərək idarələrə gələn polis onlara “ofisdən çıxmasalar, saxlanılacaqlar” deyib, etirazlarını davam etdirən 9 əməkdaş saxlanılıb. Google sözçüsü Bailey Tomson, bu hərəkətin "siyasətlərin pozulması" olduğunu müdafiə edərək, saxlanılan işçilərin Google sistemlərinə girişinin kəsildiyini və bu şəxslərə inzibati məzuniyyət verildiyini bildirib.

 

NIMBUS LAYİHƏSİ NƏDİR?

Nimbus Layihəsi məlumatların saxlanmasına, toplanmasına, təhlilinə, məlumat vasitəsilə motiv və xüsusiyyətlərin identifikasiyasına və bu toplanmış məlumatla mümkün məlumatların və motivlərin proqnozlaşdırılmasına imkan verən öyrənmə sistemindən ibarətdir. Nimbus Layihəsi adlanan 1,2 milyard dollarlıq layihə üçün müqavilə 2021-ci ilin aprelində İsrail ilə Google və Amazon şirkətləri arasında imzalanıb.

İsrail Maliyyə Nazirliyi 21 aprel 2021-ci il tarixli bu razılaşma ilə bağlı verdiyi açıqlamada, Google və Amazonun İsrailə təxminən 1,2 milyard dollar sərmayə ilə server mərkəzlərini yaratmağa imkan verəcək böyük dövlət tenderi olan Nimbus Layihəsini qazandıqlarını açıqlayıb.

Sözügedən sistem bütün verilənlər bazalarından, İsrail və ordusunun təmin etdiyi resurslardan, hətta küçə və dron kameraları kimi canlı müşahidə mənbələrindən bütün məlumatları toplamaq qabiliyyətinə malikdir.