Dünyanın ən böyük konteyner daşıma şirkəti olan Maersk Qırmızı dənizdəki ekspedisiyalarını dayandırıb

Danimarkada yerləşən dünyanın ən böyük konteyner daşıma şirkəti Maersk regionda bütün xidmətlərini dayandırıb.

Qırmızı dənizdə gəmisi hücuma məruz qalan Hapag-Lloyd AG şirkəti də bölgədəki fəaliyyətini dayandırmaq qərarına gəlib. Bu şirkətlərin verdiyi qərarlardan sonra qlobal iqtisadiyyata mənfi təsir göstərəcəyi proqnozlaşdırılır.

Bölgədə 1 konteyner gəmisi hücuma məruz qalan Hapag-Lloyd AG də Qırmızı dənizdəki fəaliyyətini dayandırıb. Maersk və Hapag-Lloyd AG gəmiləri Asiya ölkələrinə və Fars körfəzinə getmək üçün Afrikanı gəzməli olacaqlar.

Eyni zamanda Hapag-Lloyd AG şirkəti hücumdan sonra bölgədəki daşımalarını dayandırmaq qərarına gəlib. Almaniya mərkəzli şirkətdən verilən açıqlamada Qırmızı dənizdə konteyner gəmilərinin hərəkətinin dekabrın 18-dək dayandırıldığı açıqlanıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Seri ötən şənbə gecəsi verdiyi açıqlamada, “Qəzzənin qida və tibbi ehtiyacları qarşılanmasa, milli mənsubiyyətindən asılı olmayaraq işğal altındakı Fələstinə gedən gəmilərin keçidini əngəlləyəcəyik. bu gəmilər silahlı qüvvələrimizin qanuni hədəfinə çevriləcək.

Dəniz naviqasiyasının təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə, biz bütün gəmiləri və şirkətləri İsrail limanları ilə qarşılıqlı əlaqədə olmamaq barədə xəbərdar edirik.

"Yəmən Silahlı Qüvvələri İsrailə gedən və ya İsrail limanlarına mal daşıyan gəmilər istisna olmaqla, bütün gəmilər və bütün ölkələr üçün Qırmızı dəniz və Oman dənizi vasitəsilə qlobal ticarət daşımalarını davam etdirməyə tam sadiqliyini bir daha təsdiqləyir."