Dost itkisinin nisginli bir ili

Onu hətta uzaqdan belə tanıyan hər bir şəxsə doğma, əziz bir insan idi o. Birmənalıdır ki, qəblərdə yer tutmaq, dəyər sahibi olmaq böyük mücadilə sayəsində ərsəyə gəlir. İnsan sevgini fəth etmək üçün bəzən arzularından, bəzən istəklərindən, bəzən rahatlığından, bəzən ailəsindən, bəzən isə şirin canından keçir. Şübhəsiz, məhəbbət Allahın insanlara lütf və hədiyyəsidir ki, bu eşqin ruha təsiri ilk öncə Allaha eşq, İlahi rizayət və Haqqa itaətin icrası ilə mümkün olur.
Səbuhi Səlimov belə özəl dəyəri fəth edən və bunun üçün də hər kəsin böyük sevgisini qazanan şəxs idi. Qarabağ Qazisinin vətən üzərində borcunun ödənilməsi, dini qarşısında küfrlə mücadilə və mübarizəsi birmənalı eybəcərlilik və əyriliklərin sərhəddində öz varlığı ilə o, mətin ruhlu bir əsgərin şax duruşunu nümayiş etdirirdi. Eyni halda, şəhid Səbuhi üçün milli dəyərlər, dini ayinlər, mənəviyyat həmişə həssaslıq göstərilən mövzulardan idi.
Ailəsinə qarşı xoş bir diqqət, sonsuz sevgi, doslara qarşı etibar, tükənməz bir inam dururdu onun vüqarında. Heç təsadüfi deyildi ki, MBH ailəsinin ən çətin dəqiqələrində, ən xoş anlarında bir doğmalıq, sevgi nümayişi hər bir hərəkat üzvünün də əzizinə çevirmişdi Kərbəlayi Səbuhini.
Bu gün onu itirdiyimizdən düz bir il ötür. Ayrılığı öz nisgini ilə qəlbimizdə böyük itki buraxan acı bir il.
Ruhun şad olsun haqq mübarizi!