Dənizdən gələn ilk ərzaq yardımı Qəzzaya çatıb

Yardım ləvazimatları daşıyan ilk gəmi Qəzza sahilinə çatıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, BMT tərəfindən aclığın astanasında olduğunu bildirilən Qəzzaya İspan bayraqlı Open Arms gəmisi 200 ton ərzaqla keçən çərşənbə axşamı Kiprdən yola düşüb.

Eyni adlı İspan yardım təşkilatına məxsus Open Arms yardım gəmisində un, düyü və başqa ərzaq məhsulları olub. Yardım missiyası əsasən Birləşmiş Ərəb Əmirlikləri tərəfindən maliyyələşdirilib və ABŞ-da yerləşən World Central Kitchen (WCK) xeyriyyə təşkilatı tərəfindən təşkil edilib.

Ərzaqlar xüsusi tikilmiş körpüdə gözləyən yük maşınlarına kranlarla daşınıb.