Dekabrın sonuna kimi Aİİ İranla tam formatlı saziş imzalayacaq

Aİİ və İran azad ticarət rejimində tammiqyaslı iqtisadi inteqrasiya modelinə keçid və sənaye əməkdaşlığının dərinləşməsi ərəfəsindədir.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu Tehranda keçirilən EURASIA EXPO beynəlxalq sərgisində AET ticarət naziri Andrey Slepnev deyib.
2019-cu ilin oktyabr ayından etibarən Aİİ və İran arasında müvəqqəti güzəştli ticarət sazişi qüvvədədir, ona əsasən, məhdud çeşiddə mallar üçün qarşılıqlı ticarətdə rüsumlar azaldılır və ya ləğv edilir.
"Biz görürük ki, son üç ildə Aİİ və İran arasında ticarət iki dəfə artıb. Hər iki tərəfin biznesi əməkdaşlıq şərtlərinin daha da yaxşılaşdırılmasında maraqlıdır. Bu sorğuya cavabımız budur ki, bu ayın sonunadək "Demək olar ki, bütün ticarətin rüsumsuz olacağını, qeyri-tarif maneələrinin də azalacağını müəyyən edən tam hüquqlu saziş imzalanacaq. Əminəm ki, ticarəti yenidən ikiqat artırmaq üçün hər cür imkan var", - Slepnev əlavə edib.