14 January 2026

İran Starlink-i blokladı

Starlink İranda etirazları qızışdırmaq üçün etirazçılar üçün xüsusi giriş açsa da, İran Starlink-i bloklayan ilk ölkə oldu.

İranda etirazlar davam edərkən, İran hökuməti ölkə daxilində internetə çıxışı məhdudlaşdırdı. Lakin etirazçıların Starlink vasitəsilə internetə çıxış əldə etdikləri məlum olub. İran, hələ izah etmədiyi metodlardan istifadə edərək, Starlink-i bir neçə saat ərzində 80% bloklamağı bacarıb. Bu, dünyada ilk dəfə baş verir.

Türkiyə Kuboku: “Qalatasaray” səfərdə qələbə qazandı

Futbol üzrə Türkiyə Kubokunda II turun oyunları keçirilir.

A qrupunda “Fəthiyəspor” “Qalatasaray”ı qəbul edib. Gərgin və maraqlı keçən görüş İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hər üç qol ikinci hissədə vurulub.

Aktivində 6 xalı olan “Qalatasaray” turnir cədvəlinə başçılıq edir.

Amerika İrandan nə istəyir?

"İran İslam Respublikası 47 ildir ki, öz texnologiyasını istehsal edərək ayaq üstə durmağa çalışır və bütün bu çətinliklərə baxmayaraq, Amerikaya, sionist rejiminə və onların müttəfiqlərinə müqavimət göstərən HƏMAS, Hizbullah və Ənsarullah kimi müqavimət qüvvələrinə dəstək verir. Şübhəsiz ki, bu, yalnız İranın müharibəsi deyil..."

İran xarici ölkə səfirlərinə ölkədə silahlı qarşıdurma ilə bağlı görüntüləri göstərib

İran Qərb ölkələrinin səfirlərinə zorakılıq və terror aktlarının görüntülərini nümayiş etdirib. O, Qərb hökumətlərini və mediasını bu terrorizmi dəstəkləməmək barədə xəbərdar edib. Səfirlərdən bu görüntüləri və sənədləri birbaşa öz hökumətlərinə göndərmələri xahiş edilib.

UNICEF: Atəşkəsə baxmayaraq, İsrail Qəzzada 100-dən çox uşağı öldürüb

Atəşkəs dövründə belə Qəzzaya hücumlarını davam etdirən İsrail ordusunun hücumlarında həyatını itirənlərin sayının 71 mini keçdiyi bildirilir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) çərşənbə axşamı günü oktyabr ayında atəşkəsdən bəri Qəzzada 100-dən çox uşağın öldürüldüyünü açıqlayıb. UNICEF ölümlərə dron və kvadrokopter hücumlarının da daxil olduğunu bildirib.

'Tərtər işgəncələri' nəticəsində həyatını itirən polkovnikin övladları 600 min təzminat tələb edir

Tərtərdə 2017-ci ilin mayında hərbçilərə qarşı kütləvi işgəncələr nəticəsində həyatını itirən polkovnik-leytenant Saleh Qafarovun iki övladı atalarının ölümünə görə 600 min manat kompensasiya tələb edir – hər biri 300 min. Lakin məhkəmə hərəsinə 10 min olmaqla, 20 min manat kompensasiya təyin edib. Vəkil xərclərinə görə də əlavə 1000 manat ödənilməsinə qərar verilib. Bu qərar bir neçə gün öncə Nəsimi rayon Məhkəməsində çıxarılıb.

İranda vəziyyət: təhlükəsizlik tam nəzarət altındadır

Hazırda İranda ümumi vəziyyət demək olar ki, tam sakitdir. Son dövrlərdə ölkənin təhlükəsizliyini pozmağa çalışan terror qruplarına qarşı qətiyyətli tədbirlər görülüb və terror cəhdləri uğursuzluqla nəticələnib.

Bu qruplar İslam Hakimiyyətinin səbrini və təmkinini yanlış şəkildə zəiflik kimi dəyərləndirmişdilər. Lakin baş verən hadisələr göstərdi ki, dövlət təhlükəsizlik məsələlərində güzəştə getmir. Təhlükə mənbələri vaxtında zərərsizləşdirildi və terrorçular ciddi cavabla üzləşdilər.