2025-ci ildə Azərbaycanda 27,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Bu məlumat Energetika Nazirliyinin hesabatında yer alıb.
Göstərilən rəqəm 2024-cü ilin göstəricisi ilə müqayisədə 1,4 milyon ton və ya 4,8 % azdır.
Eyni zamanda, ötən il Azərbaycanda neft ixracatı da azalıb.
Belə ki, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə 23,1 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.
Bu isə 2024-cü illə müqayisədə 1,3 milyon ton və ya 5,3 % azdır.
Ötən il Azərbaycanda neft hasilatı və ixracatı azalıb