Yanvarın 12-də "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə sənədlərin tədqiqi mərhələsi davam edib.
İstintaq materialları arasında "Toplum TV"-nin ofisində və təqsirləndirilən şəxslərin evlərindən pul vəsaitləri tapılmasını iddia edən protokollar oxunub. Müdafiə tərəfi isə buna etiraz edərək pulların polislər tərəfindən qoyulduğunu bildirib.
Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahov əvvəlki proseslərdən birində olduğu kimi xatırladıb ki, evində axtarış zamanı polislər ondan pulları əlinə almağı və saymağı tələb ediblər, əks halda evdə olan babasını da həbs etməklə hədələyiblər. Digər təqsirləndirilənlər isə, ümumiyyətlə, pullara əl vurmadıqlarını deyiblər.
"Toplum TV" əməkdaşı Fərid İsmayılov xatırladıb ki, ona müsahibəsi zamanı prezidentin köməkçisi Hikmət Hacıyev həbs olunan şəxslərin qaçaqmalçılıqla məşğul olduğunu iddia edib. Buna görə də, o təklif edib ki, H.Hacıyev məhkəmədə dindirilsin və kimin nə qədər pulu qaçaqmalçılıqla ələ keçirdiyinə özü aydınlıq gətirsin.
Daha sonra çıxış edən media eksperti, "Toplum TV" həmtəsisçisi Ələsgər Məmmədli səhhətinin yaxşı olmadığını deyib. O xatırladıb ki, ötən prosesdə hakim təcridxanada onun səhhətinin həkim tərəfindən mütəmadi yoxlanılmasını tapşırsa da, ötən həftə ərzində belə bir müayinə baş tutmayıb.
Proses başa çatdıqdan sonra Ə.Məmmədli üçün həkim çağırılıb.
Növbəti məhkəmə prosesi yanvarın 19-a təyin olunub.
"Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
"Toplum TV işi": Məhkəmədə Ələsgər Məmmədlinin səhhəti yenə pisləşib