Avropa ABŞ-a qarşı sanksiyalar hazırlayır

Avropa İttifaqının ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı ilhaq niyyətindən geri çəkilməyəcəyi təqdirdə, ABŞ şirkətlərinə qarşı sanksiya mexanizmləri üzərində işlədiyi bildirilir.

“The Sunday Telegraph” Brüsselin hazırladığı bu mümkün tədbirlər barədə öz mənbələrinə istinadən yazıb.

Xəbərdə qeyd olunur ki, sanksiyaların əsas hədəfləri sırasında Meta, Google və Microsoft kimi iri Amerika texnologiya şirkətləri yer ala bilər. Bununla yanaşı, Aİ rəhbərliyi “X” sosial platformasının fəaliyyətinə məhdudiyyətlər qoymağı, eləcə də ABŞ mənşəli bank və maliyyə qurumlarına qarşı əlavə məhdudlaşdırıcı addımlar atmağı da nəzərdən keçirir.