MBH təbriklərinə Seyfəddin Şirvanov da qoşuldu

15 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan Seyfəddin Şirvanov Müsəlman Birliyi Hərəkatının 11-ci yaşını həbsxana divarları arxasından təbrik etdi. MBH İdarə Heyətinin üzvü bütün hərəkat üzvülərinə yaşanan illərin təcrübəsində daha mətin addımlarla irəliləməyi və uğurlara imza atmağı arzuladı.
Həbsxanada olan MBH ailəsinin hər bir fərdi, başda Hacı Tale Bağırzadə olmaqla azadlığını Allahdan diləyən siyasi məhbus, bütün MBH-çilərə uzun ömür, can sağlığı və İlahi rəngə boyanmış bir ömür dilədi.