13 January 2026

"Neftçi" Misir klubu ilə heç-heçə etdi

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib.

Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Misirin "Piramids" klubu ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Bakı təmsilçisinin qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub. Afrika Çempionlar Liqasının hazırkı qalibi olan "Piramidis"in qoluna isə 16-cı dəqiqədə Everton imza atıb.

İran: Nə göstərilir... Nə gizlədilir...

Britaniyalı sənətşünas Con Bergerin 1972-ci ildə BBC üçün hazırladığı dörd hissəli proqram kitab halına gətirildi. Ənənəvi Qərb mədəni estetikasına sərt tənqidlər irəli sürən "Görmə Yolları" ən sadə formada belə ifadə olunur:

-Bir şeyə baxanda onu təkcə gözlərinizlə deyil, həm də mədəniyyətiniz, biligləriniz, inanclarınız və vərdişlərinizlə görürsünüz.

-Baxmaq fiziki bir hərəkətdir, görmək isə şərhdir.

Tramp İranla əməkdaşlıq edən ölkələrə 25 faiz rüsum tətbiq edib

ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə qarşı 25 faiz həcmində gömrük rüsumlarının tətbiq olunacağını bəyan edib.

Tramp bu barədə "Truth Social" hesabında yazıb.

“İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ-la həyata keçirilən bütün növ sövdələşmələr üzrə 25 faiz rüsum ödəyəcək”, - Ağ Ev rəhbəri qeyd edib.

ABŞ prezidenti vurğulayıb ki, qərar dərhal qüvvəyə minir.

Ayətullah Xamenei İran xalqına təşəkkür etdi

İslam İnqilabının Ali lideri Ayətullah Xameneinin İran xalqına təşəkkür edib.

O, iranlıların İslam İnqilabına və Ali liderə dəstək üçün etdikləri bugünkü yürüşlərə toxunaraq bildirib:

“İran xalqı özünü, iradəsini və kimliyini düşmənlərin gözünə çəkdi və bu, Amerika siyasətçilərinə bir xəbərdarlıq idi ki, hiyləgərliyi dayandırsınlar və xain muzdurlara arxalanmasınlar”.

Mesajın tam mətni:

"Yuventus" 5 cavabsız qolla qalib gəldi

İtaliya A Seriyasında XX tura yekun vurulub.

Turun son günündə iki qarşılaşma baş tutub.

“Cenoa” doğma meydanda “Kalyari”ni qəbul edib. Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Yuventus” isə öz azarkeşləri önündə “Kremoneze” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı matçda “qoca sinyora” rəqibini 5:0 hesabı ilə darmadağın edib.

"Toplum TV işi": Məhkəmədə Ələsgər Məmmədlinin səhhəti yenə pisləşib

Yanvarın 12-də "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə sənədlərin tədqiqi mərhələsi davam edib.

İstintaq materialları arasında "Toplum TV"-nin ofisində və təqsirləndirilən şəxslərin evlərindən pul vəsaitləri tapılmasını iddia edən protokollar oxunub. Müdafiə tərəfi isə buna etiraz edərək pulların polislər tərəfindən qoyulduğunu bildirib.