11 January 2026

Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub

Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində “Lukoil” neft şirkətinə məxsus üç qazma qurğusunu, Luqansk bölgəsində müvəqqəti ələ keçirilmiş ərazidə Rusiyanın Buk-M3 zenit-raket sistemini və Xerson bölgəsində Rusiya ordusunun bir bölməsini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Zərərin miqdarı hələ də müəyyən edilir.

“Fənərbağça” futbolçularına 1,5 milyon avro mükafat verdi

Futbol üzrə Türkiyə Superkubokunun qalibi olan “Fənərbağça” klubunda komanda üzvlərinə pul mükafatı verilib.

Bu barədə “Sabah” nəşri məlumat yayıb. Bildirilir ki, finalda “Qalatasaray” üzərində qazanılan qələbəyə görə futbolçulara ümumilikdə 1,5 milyon avro mükafat ayrılıb.

Qeyd edək ki, ötən gün Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşma “Fənərbağça”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb və komanda Türkiyə Superkubokunun sahibi olub.

Yəmən hökumət qüvvələri ölkənin cənub və şərq vilayətlərini nəzarətə götürüb

Yəmənin hökumət qüvvələri müvəqqəti paytaxt Ədən də daxil olmaqla, ölkənin cənub və şərq vilayətlərindəki hərbi düşərgələri uğurla nəzarət altına alıblar.

"SABA" agentliyi xəbər verir ki, bu barədə Yəmənin Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi bildirib.

İranda dövlət və inqilab tərəfdarı hakimiyyətə dəstək aksiyası keçirdilər

Cümə namazından sonra milyonlarla insan İslam İnqilabını dəstəkləmək üçün küçələrə çıxıb.

Tehran, Məşhəd, Qum, İsfahan, Təbriz, Şiraz və Əhvaz da daxil olmaqla böyük şəhərlərdə toplaşan izdiham, İran hökumətinə dəstək mesajları verərək, ABŞ, İsrail və Qərb əleyhinə şüarlar səsləndirdi.

Təl-Əviv küçələri etirazlarla meydan oldu; Öz xalqını inandıra bilməyən İsrail isə İranı hədəfə alır

Dünən İsraildə on minlərlə insan Sionist rejimin Baş naziri Binyamin Netanyahu hökumətinə qarşı yenidən küçələrə çıxdı. Təl-Əvivdə və bir çox digər şəhərlərdə keçirilən nümayişlərdə hökumətin Qəzza siyasəti, daxili təhlükəsizliyə yanaşması və siyasi böhranı həll etmək üçün atdığı addımlar etiraz edildi. Etirazçılar erkən seçkilər tələb etdilər və Netanyahunun istefasını tələb edən şüarlar diqqət çəkdi.