14 December 2025

Sidneydə yəhudiləri hədəf alan hücumda 10-dan çox ölən var

Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində yəhudiləri hədəf alan hücumda ən az 12 nəfər öldürülüb. 

Yerli polisin məlumatına görə, dekabrın 14-də silahlı şəxslər çimərlikdə yəhudi bayramı Hanukkanı qeyd edən tədbirin iştirakçılarına atəş açıblar. 

Mindən çox şəxsin iştirak etdiyi tədbirdə 12 nəfərin yerindəcə öldüyü, 29 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir. Silahlılardan biri polis tərəfindən öldürülüb, digərinin vəziyyəti ağırdır. 

Qəzzada partlayış nəticəsində İsrailin iki hərbçisi yaralanıb

Qəzza zolağının cənubunda baş verən partlayış nəticəsində İsrailin iki hərbçisi yaralanıb.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Qəzza zolağının cənubundakı terror infrastrukturunun məhv edilməsi zamanı partlayıcı qurğunun işə düşməsi nəticəsində iki hərbçi yüngül yaralanıb", - bəyanatda bildirilib.

Qeyd olunub ki, tibbi yardım üçün əsgərlər hospitala təxliyə edilib.

Hizbullah hökumətə sərt xəbərdarlıq etdi: Suriyadan dərs alın

Hizbullahın yüksək vəzifəli şəxslərindən biri olan Hüseyn əl-Hac Həsən Livan xarici işlər naziri Yusif Racjinin müqavimət əleyhinə açıqlamalarına sərt reaksiya verib.

Həsən vurğuladı ki, Livan hökumətinin prioriteti Hizbullahın silahları deyil, İsrailin Livan ərazisindən çıxarılması, hücumların dayandırılması və Livan əsirlərinin geri qaytarılması olmalıdır.

Almaniya İsraildən Qərb Sahilində məskunlaşmanı dayandırmağı tələb etdi

Almaniyadan İsrailə sərt çağırış: Qərb Sahilində məskunlaşma dayandırılmalıdır

Almaniya İsrail hökumətinə işğal altındakı Qərb Sahilində yeni yaşayış məntəqələrinin salınması ilə bağlı qərarını dərhal dayandırmaq çağırışı edib. Bu barədə Almaniya Xarici İşlər Nazirliyi İsrailin Mülki Administrasiyasına tabe olan Ali Planlaşdırma Şurasının Qərb Sahilində 764 yeni yaşayış vahidinin tikintisinə dair planları təsdiqləməsinə münasibət bildirərək yazılı açıqlama yayıb.

 

Ali Məhkəmə Əkrəm İmamoğluna qarşı cəriməni təsdiqlədi

Ali Məhkəmənin 4-cü Cinayət Kollegiyası İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna Ordu valisini təhqir etməkdə ittiham olunaraq tətbiq edilən cəriməni təsdiqlədi.

Ali Məhkəmənin 4-cü Cinayət Kollegiyası İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna Ordu valisi Seddar Yavuzu təhqir etməkdə ittiham olunaraq tətbiq edilən 7080 Türk Lirəsi cəriməsini təsdiqlədi. Qərar 3 səs çoxluğu ilə 2-yə qarşı qəbul edildi.

Ayətullah Sistaninin nümayəndəsi Alulbeytə təşəkkürnamə təqdim etdi

Böyük təqlid müctəhidi Ayətullah Seyid Əli Sistaninin nümayəndəsi və İmam Hüseyn (ə) ziyarətgahının baş katibi Alulbeyt Fonduna İmam Hüseyn (ə) ziyarətçilərinə göstərdiyi xidmətlərə görə təşəkkürnamə və minnətdarlıq sertifikatı təqdim edib.

İmam Hüseyn (ə) ziyarətgahının baş katibi Ayətullah Əbdülmehdi Kərbəlayi, xüsusilə Ərbəin dövründə İmam Hüseyn (ə) ziyarətçilərinə göstərdiyi xidmətlərə görə Alulbeyt Fonduna təşəkkürnamə təqdim edib.