11 January 2023

İsveçin baş naziri: Türkiyə ilə bağlı açıqlamalarım yanlış anlaşıldı

İsveçin baş naziri Ulf Kristersson bildirib ki, ölkəsinin ötən həftə Stokholmun Türkiyənin NATO-ya üzvlük tələblərini yerinə yetirə bilməyəcəyinə dair bəyanatı “yanlış anlaşılıb”. İsveç baş naziri Türkiyənin deportasiya etmək istədiyi şəxslərlə bağlı yerli məhkəmə qərarlarından sonra “fəaliyyətə yer olmadığını” ifadə etmək istədiyi mesajını verib. Kristersson ötən həftə verdiyi açıqlamada İsveçin NATO-ya tam üzvlüyünü təsdiq etməyən Ankara üçün "Türkiyə bizim edə bilmədiyimiz şeyi bizdən istəyir və vermək istəmir" ifadəsini işlədib.

Rusiyanın neft gəliri gündəlik 172 milyon dollar azalır

Qərb ölkələrinin Rusiya neftinə qiymət həddi tətbiq etməsi bu ölkənin gündəlik gəlirini 160 milyon avro (172 milyon dollar) azaldır.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə “Bloomberg” Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzi (CREA) məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, fevralın 5-də Rusiya neft məhsullarına məhdudiyyət tətbiq olunduqdan sonra bu rəqəm gündəlik 280 milyon dollara yüksələcək.

Kənd məktəbində tualetin olmadığını bildirən müəllimi kim hədələyir?

Operativtv.com Turana istinadən xəbər verir ki, İmişli rayonunun Aranlı kənd məktəbinin müəllimi Leyla Nəcəfquliyeva bir neçə gün əvvəl sosial şəbəkələrdə onların məktəbində uşaqlar üçün tualetin olmadığını bildirən video yaymışdı. O, ictimaiyyəti müdaxiləyə və bu problemin həllinə kömək etməyə çağırmışdı.

DIN Tofiq Yaqublunun xəstəxanaya yerləşdirilməsini şərh edib

Operativtv.com Turana istinadən xəbər verir ki, bu gün Tofiq Yaqublu Xəstəxanaya yerləşdirilib. O müalicəsini xəstəxanada davam etdirəcək, yoxsa yenidən Saxlanılma Mərkəzinə qaytarılacaq?- sualına cavab olaraq, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bu gün həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb. Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb.

“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə edib

Qış təlim-məşq toplanışı üçün Türkiyəyə ən gec yollanan Azərbaycan komandası “Şamaxı” ilk yoxlama görüşündə Qazaxıstan təmsilçisi “Kaysar”la heç-heçə edib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bölgə təmsilçisi rəqibi ilə Antalyadakı “Miracle” hotelinin meydançasında qarşılaşıb.

Küləkli hava şəraitində baş tutan oyunda qapılara qol vurulmayıb – 0:0.

İranın xarici işlər naziri istefası ilə bağlı xəbərlərə münasibət bildirib

 İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan istefa verməsi ilə bağlı xəbərləri təkzib edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün nazirlər kabinetinin iclasında istefası ilə bağlı ona ünvanlanan sualı cavablandırıb.

İsrailin milli təhlükəsizlik naziri yenidən əl-Əqsa məscidinə girəcəyi ilə bağlı təhdid edib

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir fələstinli hərəkatlara xitabən yendiən əl-Əqsa məscidinə girəyəci ilə bağlı təhdid edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Ben-Qvir bunu İsrail Ordusu Radiosuna açıqlamasıdna deyib.

O, fələstinli hərəkatlara xitabən deyib:

Yəməndə atəşkəs danışıqları yenidən başlayıb

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Oman nümayəndə heyətinin geri qayıtması ilə Yəməndə atəşkəs danışıqlarının bərpası başlayıb. Yəmən mənbələri Oman nümayəndə heyətinin atəşkəs danışıqlarını yenidən başlamaq və Səna rəsmiləri ilə görüşmək üçün Yəmənə gəldiyini açıqlayıb. Səudiyyə koalisiyası ilə Səna arasında aparılan danışıqlarda vasitəçi kimi Oman nümayəndə heyəti Yəməndə atəşkəslə bağlı danışıqları davam etdirmək üçün çərşənbə axşamı günortadan sonra Sənaya gəlib.

İran XİN rəhbəri: Son görüşlər İranla Azərbaycan arasında anlaşılmazlıqların aradan qaldırılmasına kömək edib

“Türkiyədə Azərbaycan və İran Parlament sədrilərinin görüşü iki ölkə arasında anlaşılmazlıqların aradan qaldırılmasına kömək edib.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

ABŞ İraqda İŞİD-in yeni nəslini canlandırmağa hazırlaşır

İraq mənbələrinin məlumatına görə, Amerika İraqın təhlükəsizliyini pozmağa və bu ölkədə İŞİD-in yeni nəslini dirçəltməyə başlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Suriyada Fəratın şərqindəki bölgədə Amerika düşərgələrinin mövcudluğu təsdiqləndikdən sonra Vaşinqtonun Əl-Hol düşərgəsindən terrorçuları İraqın və onun mövcudluğuna qarşı olan ölkələrin təhlükəsizliyini təhdid etmək üçün İŞİD-in yeni nəslinin ortaya çıxacağına dair xəbərdarlıqlar gücləndirilib.

Novruz bayramı ərəfəsində əfv sərəncamının olacağı gözlənilir

Silsiləvi əfv sərəncamının bu il də gerçəkləşməsi və bunun Novruz bayramı ərəfəsində olacağı ehtimalı var. Məlumata görə yaxın günlərdə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilməyə başlayacaq. Qeyri rəsmi məlumatlara əsasən bu ilin əfv sərəncamı böyük sayda məhbusları əhatə edəcək ki, bunların sırasında siyasi məhbuslar çoxluq təşkil edəcək. Məlumat bunu əsasən Heydər Əliyevin 100 illik doğum tarixi ili ilə əlaqələndirir.

Nitq-eşitmə qabiliyyəti məhdud olanlar Əskəriyyə ziyarətgahında

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İraqın Samirra şəhərində Əskəriyyə ziyarətgahının rəhbərliyi “Əl Amal” nitq-eşitmə qabiliyyəti məhdud olanlar üçün təsis edilmiş insitutdan bir qrupu qəbul edib.

Onlar İmam Əliyyən Nəqi (ə) və İmam Həsən Əskəri (ə) məzarlarını ziyarət etdikdən sonra, görüş keçirilib.

Müəllim və şagirdlərə türbə haqqında məlumat verilib, təhsil işçilərinə bu fəaliyyətdə uğurlar dilənib.

İƏT əl-Əqsa məscidinin İsrail tərəfindən təhqir edilməsilə bağlı xəbərdarlıq edib

Dünən axşam İslam Əməkdaşlıq Təşkilatı Əl-Əqsa məscidinə davam edən basqınların mənfi nəticələri barədə xəbərdarlıq edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə təşkilatın İcraiyyə Komitəsinin İsrailin Əl-Əqsa məscidinə basqınlarını müzakirə etmək üçün keçirdiyi fövqəladə iclasın yekun bəyanatında deyilir.

Stoltenberq: İnanıram ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi təsdiqlənəcək

NATO-nun baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlük proseslərinin Türkiyənin təsdiqi ilə tamamlanacağına inandığını bildirib. NATO ilə Aİ arasında əməkdaşlıq haqqında birgə bəyannamənin imzalanması mərasimindən sonra Stoltenberq Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə birgə mətbuat konfransı keçirib.