İranın xarici işlər naziri istefası ilə bağlı xəbərlərə münasibət bildirib

 İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan istefa verməsi ilə bağlı xəbərləri təkzib edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün nazirlər kabinetinin iclasında istefası ilə bağlı ona ünvanlanan sualı cavablandırıb.

O, belə bir planın olmadığını və bu şayiələri qətiyyətlə təkzib etdiyini açıqlayıb.

Qeyd edək ki, bundan öncə İrandan xaricdən idarə edilən bəzi farsdilli saytlar Abdullahiyanın istefası ilə bağlı xəbərlər yaymışdılar.