Şeyx Nəim Qasimin BƏƏ məktəblərində Holokost təhsilinə reaksiyası

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Hizbullah baş katibinin müavini Birləşmiş Ərəb Əmirlikləri hökumətinin Holokost dərsinin bu ölkədəki tələbələrin dərsliklərinə daxil edilməsinə dair hərəkətinə reaksiya verib. Hizbullah baş katibinin müavini Şeyx Nəim Qasim öz Twitter səhifəsində Holokost yerinə İsraillilərin Fələstin xalqına qarşı törətdikləri cinayət və qətllərə qarşı səfərbər olmağı tövsiyə edib: “Sionistlərin Fələstin xalqına qarşı faktiki olaraq törətdikləri cinayətlər və qətllərlə mübarizə üçün səfərbər olmaq Holokostdan daha yaxşı deyilmi? İsrail rejimini razı salmaqla heç nəyə nail ola bilməz və onun dəstəyini də ala biləzsən. Onların rejimi çürümək üzrədir, şübhəsiz ki, qalan Allah və haqqdır” - deyə Şeyx Nəim Qasim öz Twitter hesabında yazıb.