Bəşər Əsəd: Suriya müharibəsi Qərbin dəyişməyəcəyini sübut etdi

Suriya prezidenti müsahibəsində Qərbin siyasətindən danışıb.

Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, Bəşər Əsəd "Qərblilərin Suriyada etdikləri onların bəşəriyyət üçün iddia etdiklərinin tam əksini göstərdi. Düşünürəm ki, qərblilər hiyləgərdirlər və onların böyük bir hissəsi dünya ilə oynayır və onları aldadır. Qərbin siyasəti yalan və aldatma üzərində qurulub. O qədər ki, ən yaxşı Qərb ölkələrində dürüst olsanız, siyasətdən sıxışdırılacaqsınız. Suriya müharibəsi də Qərbin dəyişməyəcəyini göstərir. Çünki onlar öz maraqları üçün başqa ölkələri öz kölələrinə və ünsürlərinə çevirmək istəyirlər”- söyləyib.