Bir gündə iki MBH üzvünə hökm oxunub

7 mart 2024-cü il, günün ikinci yarısı Müsəlman Birliyi Hərəkatının daha bir üzvünə də hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prossesdə inanclı Mayıl Kərimov barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutuan iclasda şahidlərin dindirilməsindən sonra son qərarı elan edib. Hakim, ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Mayıl Kərimovu 4 il müddətinə azadlıqdan məhrum edib.
 
Xatırladaq ki, Kərimov Mail Kamil oğlu 2023-cü il fevralda 2-də saxlanılıb. Ölkədə geniş həbs dalğasının gerçəkləşməsi öz günahsız qurbanları sırasında Mayıl Kərimovu da daxil edib. Hələ də davam edən həbslər, günahsız inanclıların “təmizlənməsini” həyata keçirir ki, bu sırada MBH üzvlərinin sayı artıq 70-ə çatıb.
 
Məlumat üçün deyək ki, bu gün MBH ailəsinin daha bir üzvü Şamil Abdulləliyevin də son məhkəməsi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda Şamil Abdulləliyev saxta narkotiklərlə bağlı ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.