Ben Qvir Netanyahudan HƏMAS-a hücumları davam etdirməsini istəyib

Bu gün atəşkəsin pozulmasına reaksiya verən Ben Qafir Netanyahudan HƏMAS-a qarşı müharibəni davam etdirməsini istəyib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə “Yediot Aharonot” qəzeti məlumat yayıb ki, sionist rejimin ifrat sağçılarının daxili təhlükəsizlik naziri İtmar Bin Qvir “sionist hərbçilərin atəşkəsi pozmasından sonra” müharibəyə qayıtmağa və HƏMAS-ı məhv etməyə çağırıb.

Ben Qvir İsrailin baş naziri Binyamin Netanyahudan HƏMAS-a hücumu davam etdirməsini istəyib və deyib: “Əsgərlərimizin öldürülməsini gözləməməliyik”. “Biz müharibənin əsas məqsədinə... HƏMAS-ın tamamilə məhv edilməsinə qayıtmalıyıq”.

Sionist rejimin daxili təhlükəsizlik naziri bundan əvvəl HƏMAS ilə razılaşmanı “tarixi səhv” və Yəhya Sənvar və HƏMAS-ın əmrlərinə təslim olmaq adlandırıb.