“Barselona” klubunun sabiq futbolçusu həbs olunub

İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Xavi Torres həbs edilib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, son olaraq ölkəsində “Luqo”nun formasını geyinən yarımmüdafiəçi danışılmış oyunların təşkilində iştirak etməkdə günahkar bilinib.

Bu səbəbdən Torres 10 ay müddətinə həbsə və 22 aylıq diskvalifikasiyaya məruz qalıb. 2020-ci ildən məhkəməsi davam edən 36 yaşlı oyunçunun bu işdə İspaniyanın “Osasuna” klubunun keçmiş rəhbərləri ilə əlbir olduğu müəyyənləşib.

Qeyd edək ki, Xavi Torres 2007-2009-cu illərdə ölkəsinin “Barselona” klubunda çıxış edib.