Bakıda İslamofobiya ilə mübarizə mövzusunda beynəlxalq elmi konfrans yekunlaşıb, Kommünike qəbul edilib

Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransa yekun vurulub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilən konfransda iki gün ərzində islamofobiya ilə bağlı ayrı-ayrı panel müzakirələr təşkil edilib.

Müzakirələr zamanı çıxışçılar xüsusilə Qərbdə cərəyan edən islamofobik düşüncənin fəsadlarından, onun siyasi təzahüründən, eləcə də qarşısının alınması üçün lazım olan tədbirlərdən danışıblar.

Yekunda iştirakçılar tərəfindən Kommünike qəbul edilib.

Kommünikenin mətnini Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub.

Kommünikedə iki günün xülasəsi, müzakirələrin mövzusu və digər bu kimi məsələlər öz əksini tapıb.

Müzakirə iştirakçıları islamafobiya kontekstində İslam irsinin təhqir edilməsini və məhv edilməsini pisləyiblər.

Konfrans iştirakçılarının sabah Şuşaya səfəri nəzərdə tutulub.

 

APA