Azərbaycan atıcısı Almaniyada qızıl medal qazanıb

Azərbaycan atıcısı Xanna Əliyeva Almaniyanın Münhen şəhərində keçirilən H&N Kubokunda qızıl medal qazanıb.

Operativtv.com Reporta istinadən məlumatına görə, o, pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Əliyeva gənc qızlar arasında mübarizə aparıb.