Aİ Ukraynaya 50 milyard avroluq büdcə yardımını təsdiq edə bilməyib

Avropa İttifaqının sammitində növbəti dörd il ərzində Ukraynaya 50 milyard avroluq büdcə yardımı proqramını təsdiqləmək mümkün olmayıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel sammitin birinci gününün yekunları üzrə jurnalistlərə açıqlama verib.

Mişel bildirib ki, yalnız Macarıstanın bu proqrama qarşı çıxıb: “Bugünkü iclasımızı yenicə bitirdik. Biz uzunmüddətli yardım proqramını müzakirə etdik və sizi əmin etmək istəyirəm ki, 26 lider bu proqramın bütün komponentlərini dəstəkləyib.

Ukraynaya dəstək, həmrəylik fondu, müdafiənin bütün komponentləri var. Biz bu mövzuya yanvarda qayıdacağıq və əminəm ki, konsensusa nail olacağıq”.