Zəfərin ülvi göz yaşları

Bu il Zəfər bayramı şəhid ruhların pərvaz vurduğu, uğrunda əbədiyyətə yüksəldiyi Şuşa torpağında qeyd olunur. Sevincin həyəcana, həyəcanın ümidə, ümidin isə həyata çevrilən bu tarixi xalqın eyni hədəf ətrafında apardığı müqəddəs mübarizəsinin ölümsüz səlnaməsi olaraq təkcə bizləri deyil, ruhu üzərimizdə pərvaz edənlər də qürurla anımına şahidlik edir. Neçə neçə ana xəyalən övladını Zəfərin köhlən atı belində görüncə, neçə neçə övlad atasının xatırəsi ilə zəfərin şanlı dalğalanan bayrağına baxaraq kövrəlməyə bilmir.
Xalqın birlik rəmzi olan Zəfərin qeydi paylaşılınca təəssüf ki, bu günün gözü yaşlıları, qapıya baxıb atasını qələbə sevincində bağrına basmaq istəyi ilə şəhid ailələrinin göz yaşlarına şahidlik etməklə məhdudlaşmır. Bu il minləri ötən ailələrin zəfər sevincinə övladlarına günahsiz həbs damğası vurulan körpələrin, uşaqların, anaların ülvü göz y buaşları qarışaraq onları bayramı həsrət notları ilə qarşılamağa məcbur edir.
Bəziləri qazi, bəziləri şəhid ailəsi, bütün əksəriyyət isə zəfərin gəlişi üçün səfərbər olan bu şəxslərin günahsız qurban olaraq sifarişli həbsləri bu ilin bayramını bu ailələrin kandarına qapıya baxışları dikilən körpələrin məsum göz yaşları ilə qarşılamaqla gəlir. Minləri ötən günahsiz insanların ümidlərinə müharibədən sonra daha parlaq bir gələcəyin gətirdiyi arzular təkcə onların ailələri deyil, məsum şəhid ruhlarını da narahat edərək kövrəldəcəyi şübhəsizdir. Bu bir həqiqətdir ki, şəhidin şahid olduğu həqiqət gerçəkliyin tam isbatı və təsdiqidir.
Qürurla anılan bayram məsum baxışların sevici ilə yanaşı həsrət göz yaşlarını da bu tarix səhifələrinə həkk edərkən arzu, ümid və iztirab bu həsrət işığında növbəti Zəfər tarixini belə qeyd edir.
 
MBH