İsrailin Livana aviazərbələri nəticəsində 12 nəfər ölüb

İsrailin Livana hava hücumları həyata keçirib.

Livan mediası xəbər verir ki, hücumlar ölkənin şərq hissəsində yerləşən Baalbek bölgəsinə edilib.

Nəticədə 12 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Livanda Hizbullaha məxsus “Rizvan” qüvvələrinə qarşı hava əməliyyatlarına başladığını elan etmişdi.