Hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirlən prosesdə Rüfət Səfərovun vəkili vəsatət qaldıraraq onun istintaq təcridxanasına daxil olarkən aparılan müayinəsi ilə bağlı sənədin təqdim edilməsini xahiş edib. Vəsatət təmin edilib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, güya Rüfət Səfərov Novxanıda bağ satmaq qarşılığında zərərçəkəndən 60 min manatdan çox pul alıb. Lakin vədinə əməl etməyib. Buna görə zərərçəkən Natiq İmanquliyev onun qarajına gələrək mübahisə edib. İddiaya görə Rüfət Səfərov onu yaralayıb.
Rüfət Səfərov ittihamı qəbul etməyib, bildirib ki, Novxanıdakı torpağın bir qismi zərərçəkənə satılıb. Zərərçəkən qalan 6 sotu da istəyib, lakin R.Səfərovun ailəsi qalan torpağı satmayıb. Natiq İmanquliyevi də ilk dəfə hadisə olan gün görüb.
Proses sentyabrın 8-dək təxirə salınıb.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub