Yəməndə Səudiyyə Ərəbistanın ölkəni mühasirədə saxlaması ilə bağlı izdihamlı mitinqlər keçirilir

Yəmənin bir sıra şəhərlərində “Mühasirə müharbədir” adı altında mitinqlər keçirilir.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Yəmənin Səda əyalətinin bir sıra bölgələri ölkənin 15 əyalətini mühasirədə saxlayan Səudiyyə Ərəbistanı koalisiyasına qarşı izdihamlı mitinq və yürüşlərin şahidi olub.

Həmçinin bu gün cümə paytaxt Səna və digər əyalətlərdə də oxşar mitinqlərin keçiriləcəyi gözlənilir.

Etirazçılar ölkənin əksər əyalətlərinin hava, quru və sudan mühasirədə saxlanılmasını müharibə və təcavüz kimi qiymətləndirdiklərini bildiriblər.

Qeyd edək ki, “Mühasirə müharibədir” adı altında keçirilən bu mitinqlər vəziyyəti naməlum qalan atəşkəs dövrünə təsadüf edir. Hazırda ölkənin 15 əyalətini nəzarətdə saxlayan Ənsarullah hərəkatı (Milli Qurtuluş Hökuməti) atəşkəsin müddətinin bitdiyini, şərtlərə əməl edilmədiyini bildirir.