“Xəzərdə ticarət gəmilərinin fəaliyyəti risk altındadır” - Dünya Bankından xəbərdarlıq

Dünya Bankı yaydığı bəyanatda Xəzərin suyunun səviyyəsinin azalması və bunun dənizdəki sahil limanlarının tikintisi layihəsi üçün mümkün fəsadlar barədə xəbərdarlıq edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Dünya Bankı Azərbaycanda iki sahil limanı olan Ələt və Qazaxıstanın Aktau limanlarını xüsusi qeyd edib və Xəzərin səviyyəsi 2024-cü ildə azalmağa davam edərsə, dənizdəki sahil limanlarının tikintisi prosesində böyük problemlər yaranacağını vurğulayıb.

Xəzər dənizinin su səviyyəsinin rekord həddə azaldığı və bu problemin dəniz naviqasiyası, ticarət gəmilərinin hərəkəti, habelə limanların tikintisi kimi məsələləri ciddi problemlərlə üzləşdiyi bildirilir.

Dünya Bankı onu da vurğulayıb ki, illərdir Xəzər sularında üzən bir çox ticarət gəmiləri indi də dənizdə üzmək iqtidarında deyil.